Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalının səsi qəzeti

0

  •  Salam, əziz oxucular!      "Xocalının səsi" qəzetinin ilk sayı 9 iyul 1991-ci ildə işıq üzü görüb. Bu dövrdə erməni seperatçıları öz məkrli siyasətlərini həyata keçirməyə çalışır, Qarabağı işğal etməyi planlaşdırırdılar. Bir müddət sonra Xankəndini, Kərkicahan qəsəbəsini, Meşəli, Cəmillikəndlərini ermənilər işğal etdilər. Növbəti hədəf Xocalı və Xocalının digər kəndləri idi. Rayonumuzun yeganə mətbu orqanı olan "Xocalının səsi" qəzeti ermənilərin çirkin xislətini, real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı. Qəzet Respublikamızın digər rayonlarında işıq üzü gördükdən sonra mühasirə şəraitində olan Xocalıya çətinliklərlə çatdırılırdı. "Xocalının səsi" qəzeti Xocalı soyqırımının nəticələri haqqında ilk dəfə yazılı olaraq informasiya verən mətbuat orqanlarından biridir.         "Xocalının səsi" qəzeti hal-hazırda 8 səhifədən ibarət olmaqla 600 tirajda nəşr edilir. Qəzetdə yer alan yazılar sosial şəbəkə hesablarında və xocalininsesi.info saytı vasitəsilə geniş oxucu kütləsinə çatdırılır. Qəzetimizin səhifələrində Qarabağ müharibəsinə, erməni vəhşiliklərinə, Xocalı soyqırımına aid mövzularla yanaşı, ümumrayon tədbirləri, Respublikada baş verən əlamətdar hadisələr və Cənab Prezidentin apardığı uğurlu siyasət öz əksini tapır. "Xocalının səsi" qəzeti öz fəaliyyətini əsasən aşağıda göstərilən xətlər üzrə davam etdirir. - Müstəqil dövlətimizin, onun apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirmək; - Qarabağ müharibəsinin əsl mahiyyətini açıqlamaq, onun tarixini, bu gününü müntəzəm işıqlandırmaq; - Xalqımızın mübariz əhval-ruhiyyəsini, monolit birliyini təbliğ etmək;- Respublikamızda və rayonumuzda baş verən mühüm yenilikləri geniş oxucu kütləsinə çatdırmaq; - Düşmənlərimizin riyakar əməllərini faş etmək üçün bütün imkanlardan istifadə edərək həqiqəti, xalqımızın ədalətli mövqeyini nümayiş etdirmək;- Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etmək;- Qaçqın və məcburi köçkünlərin həyat şəraitini öz səhifələrimizdə müntəzəm işıqlandırmaq. - Vətən Müharibəsində xalqımızın həmrəyliyindən, Ordumuzun hünərindən, Ali Baş Komandanımızın qətiyyətindən yazılar dərc etmək;- Şəhidlərimizi, qazilərimizi, igid oğullarımızı daim yad etmək, onların şərəfli döyüş yolunu işıqlandırmaq;- Qarabağda gedən quruculuq və abadlıq işlərini öz səhifərində işıqlandırmaq.         "Xocalının səsi" qəzeti hər zaman Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, siyası varisi İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir. "Xocalının səsi" qəzeti ölkə Prezidenti ilə həmrəydir. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib71 dəfə
    Xocalının səsi qəzeti

    Maraqlı gələ bilər
    34
    38
    34